"Səbail"dən darmadağın

Topaz Premyer Liqasının debütantı "Səbail" yoxlama matçında qüvvəsini sınayıb. SportLine.az xəbər verir ki, rəqib I Divizionda çıxış edən "Binə" kollektivi olub.

Qarşılaşma Samir Əliyevin komandasının qələbəsi ilə yekunlaşıb - 4:0.

Vüqar Nadirovun dubl etdiyi oyunda, Renan Telles və Elman Taqayev hərəyə bir dəfə fərqlənib.