"Səbail"in futbolçusu Azərbaycanı tərk edib

"Səbail" komandasının ukraynalı qapıçısı Aleksandr Rıbka ölkəsinə yollanıb.

Sportline.az xəbər verir ki, bu barədə o, şəxsi "Instagram" hesabında paylaşım edib.

Təcrübəli qolkiper gecə saatlarında Azərbaycanı tərk edib.

"Səbail"in Mətbuat xidmətindən bildirilib ki, komanda toplanışa başlayanda Rıbka Bakıya qayıdacaq.