"Səbail"in Müşahidə Şurasının yeni tərkibi müəyyənləşdi
"Səbail" klubunun Müşahidə Şurasının yeni tərkibi müəyyənləşib.
SportLine.az-ın klubun rəsmi Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, Müşahidə Şurasının sədri vəzifəsinə Əbdülqəni Nurməmmədov seçilib.
İxtiyar Asyabi, Cahangir Həsənzadə, Vasif Məmmədov və Firuz Abdulla klubun Müşahidə Şurasının üzvü olaraq fəaliyyət göstərəcəklər.