"Seltik"dən "Brayton"a

Premyer Liqa klublarında "Brayton" "Seltik"in danimarkalı yarımmüdafiəçisi Mett O'Rileyi heyətinə qatıb.

Sportline.az Sky Sport-a istinadla xəbər verir ki, 23 yaşlı futbolçu ilə İngiltərə klubu arasında 5 illik müqavilə imzalanıb.

Transfer məbləği 30 milyon avro təşkil edib.

2021-ci ildən "Seltik"də çıxış edən O'Riley Şotlandiya klubu ilə 124 oyunda 27 qol vurub, 35 asist edib.

Qeyd edək ki, yarımmüdafiəçi 3 dəfə Şotlandiya Liqasının, 2 dəfə Ölkə Kubokunun və 1 dəfə Liqa Kubokunun qalibi olub.