“Seltik”in prezidenti istefa verdi
Şotlandiyanın “Seltik” klubunda gözlənilməz istefa baş verib. Klubun uzun illərdir prezidenti olan Piter Louell vəzifəsini tərk edib.
Sportline.az xəbər verir ki, Qlazqo təmsilçisi məlumatı rəsmi kanallar vasitəsilə təsdiqləyib.
Klubdan verilən açıqlamada bildirilir ki, istefanın əsas səbəbi son aylarda azarkeşlər tərəfindən ünvanlanan təhqir və təhdidlərin artması olub.
Xüsusilə transfer siyasəti və klubun ümumi inkişaf istiqaməti “Seltik” azarkeşləri tərəfindən ciddi tənqid edilirdi.