Səmayə Məmmədova nazirlikdən ayrıldı
Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova vəzifəsindən azad edilib.
Sportline.az xəbər verir ki, bunu S.Məmmədova jurnalistlərə açıqlamasında bildirib.
O bildirib ki, mayın 21-də işdən çıxması ilə bağlı öz istəyi ilə ərizə yazıb və 14 il ərzində çalışdığı Gənclər və İdman Nazirliyinin mətbuat katibi vəzifəsindən ayrılıb.