Semenyo "Mançester Siti"də
"Bornmut"un futbolçusu Antuan Semenyo karyerasını "Mançester Siti"də davam etdirəcək.
Sportline.az xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.
"Şəhərlilər" bu keçid üçün qarşı tərəfə 65 milyon avro ödəyəcək.
Qeyd edək ki, Semenyo cari mövsüm meydana çıxdığı 20 matçda 9 qol, 3 asistlə yadda qalıb.