Semenyo "Mançester Siti"yə keçdi
“Bornmut” forması altında Premyer Liqanın ilk yarısına damğa vuran Antuan Semenyonun yeni klubu açıqlanıb.
Sportline.az xəbər verir ki, İngiltərə nəhəngi “Bornmut”un 26 yaşlı ulduz futbolçusunu xüsusi təyyarə ilə Mançesterə gətirib.
Qanalı hücumçu tibbi müayinələrdən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.
Məlumata görə, “Mançester Siti” bu transfer üçün “Bornmut”a təxminən 72 milyon avro məbləğində transfer haqqı ödəyəcək.