Semih Kılıçsoy: “Özümü mərkəz hücumçusu kimi hiss edirəm”

“Beşiktaş”ın 19 yaşlı futbolçusu Semih Kılıçsoy “Malmö” matçı sonrası jurnalsitlərin suallarını cavablandırıb.

Sportline.az xəbər verir ki, gənc futbolçu “Beşiktaş”da xoşbəxt olduğunu həmçinin mərkəz hücumçusu kimi oynamağı sevdiyini qeyd edib.

“Beşiktaş”da xoşbəxtəm. Balaca yaşlarımdan bu klubun azarkeşiyəm. Bu formanın geyinib meydana çıxmaq insanda qürur hisslərini oyadır. Özümü mərkəz hücumçusu kimi hiss edirəm”, - deyə Semih Kılıçsoy bildirib.

Qeyd edək ki, “Beşiktaş” öz meydanında “Malmö”nü 2:1 hesabı ilə məğlub edib. “Qara-qartallar”ın 2-ci qolunu Semih Kılıçsoy vurub.