Semih Şentürk “Fənərbağça”lı futbolçunu tənqid etdi

Türkiyə millisinin və “Fənərbağça”nın sabiq oyunçusu Semih Şentürk mərakeşli hüçumçu Yusuf En Nesrinin çıxışından məmnun olmadığını bildirib.

Sportline.az “Sky Sport” kanalına istinadən xəbər verir ki, Semih Şentürk verlişdə qonaq olarkən jurnalistlərin suallarını cavablandırıb.

"Yusuf En Nesriyə 25 milyon avro pul ödəndi. Lakin bunun qarşılığını meydanda verə bilmir. Bu gedişlə “Fənərbağça”nın qol yollarında çox ciddi problemləri olacağı gözlənilir”, - deyə Semih bildirib.

Qeyd edək ki, bu yay “Sevilya”dan İstanbul nəhənginə transfer olunan 1En Nesri bütün turnirlər daxil olmaqla çıxış etdiyi 11 matçda yalnız 1 dəfə fərqlənməyi bacarıb.