Senesi İtaliya nəhənginə keçə bilər
"Bornmut"un stopperi Markos Senesi karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Yuventus" 28 yaşlı futbolçunu transfer etməkdə israrlıdır.
Bu haqda "Tutto Sport" nəşri məlumat yayıb.
Qeyd edək ki, M.Senesi cari mövsüm meydana çıxdığı 22 matçda 4 asistlə yadda qalıb.