Senesi Mersisayd təmsilçisində çıxış edə bilər
"Bornmut"un futbolçusu Markos Senesi yayda "Liverpul"a keçidi gündəmdədir.
Sportline.az xəbər verir ki, bu haqda "Talk Sport" nəşri məlumat yayıb.
28 yaşlı oyunçu cari mövsüm meydana çıxdığı 36 matçda 5 asistlə yadda qalıb.
Qeyd edək ki, M.Senesinin dəyəri 22 milyon avrodur.