Sərbəst güləş üzrə muxtar respublika birinciliyi keçirilib

Sərbəst güləş üzrə muxtar respublika birinciliyi keçirilib.

Sportline.az xəbər verir ki, martın 18-i İlham Əliyev adına Olimpiya İdman Kompleksində "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş sərbəst güləş üzrə U-17 muxtar respublika birinciliyi keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının dəstəyi, Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin təşkilatçılığı ilə reallaşan yarışda yarışda 10 çəki dərəcəsi üzrə ümumilikdə 65 idmançı mübarizə aparıb. İlk üç yerin sahiblərinə diplom və medallar təqdim olunub.

Gənclər və idman naziri səlahiyyətlərini icra edən, nazir müavini Məcid Seyidov mükafatlandırma mərasimində iştirak edib.