Sərbəst güləşçilərimiz üçün daha 2 bürünc medal şansı

Xorvatiyanın Zaqreb şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı davam edir.

SportLine.az xəbər verir ki, ikinci yarış günündə 45, 51, 60, 71 və 92 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizə aparıb.

Güləşçilərimizdən Sabir Cəfərov (60 kq) ardıcıl olaraq Gürcüstan və Özbəkistandan olan rəqiblərini üstələyib və yarımfinala vəsiqə qazanıb. Yunanıstan idmançısına uduzan güləşçimiz bürünc medal uğrunda görüşə haqq qazanıb. 

İlk görüşündə uduzan Kənan Heybətov (45 kq) isə təsəlliverici görüşə qatılacaq. 

Final görüşləri Bakı vaxtı ilə 4 iyul saat 20:00-da başlayacaq. 

45 kq 
Təsəlliverici görüş - Kənan Heybətov - Şaxboz Komilov (UZB) 
1/8 final - Rafael Harutyunyan (ARM) - Kənan Heybətov 10:0

51 kq 
1/4 final - Seyederfan Jafariangelyerdi (İRİ) - Əşrəf Kərimzadə 10:0
1/8 final - Daniel Budyka (POL)  - Əşrəf Kərimzadə 0:4

60 kq 
Bürünc medal görüşü
 - Sabir Cəfərov
1/2 final - Sabir Cəfərov - Georgios Kugyumtsidis (GRE) 5:9
1/4 final - Nodir Raximov (UZB) - Sabir Cəfərov 2:5
1/8 final - Sabir Cəfərov - Baçuki Avalişvili (GEO) 7:0

71 kq 
1/8 final - Maxmud Maqomedov (RUS) - Əşrəf Aşurov 10:0 
1/16 final - Tseren Amgalanbaatar (MGL) - Əşrəf Aşurov 0:11

92 kq 

1/8 final - Fuad Mayılov - Monu Dahiya (İND) 2:11
1/16 final - Fuad Mayılov - Hiroto Kambara (JPN) 10:0

Azərbaycan Güləş Federasiyasının məlumatı