Serbiya seçməsi Azərbaycana bu heyətlə gəlir
Azərbaycan və Gürcüstanın birgə təşkil edəcəyi qadın voleybolçular arasında Avropa çempionatının iştirakçısı - Serbiya seçməsi heyətini açıqlayıb. SportLine.az xəbər verir ki, baş məşqçisi Zoran Terziçin xidmətində 16 voleybolçu olacaq:
Toppaylayıcılar: Ana Antoniyeviç, Boyana Jivkoviç, Sladyana Mirkoviç.
Hücumçular: Ana Bjelitsa, Tiyana Boskoviç, Slaçana Malaqurski, Brankitsa Mixayloviç, Tiyana Maleşeviç, Byanka Buşa, Boyana Milenkoviç.
Liberolar: Yelena Blaqoyeviç, Teodora Puşiç.
Blokçular: Milena Raşiç, Stefana Velkoviç, Yovana Stevanoviç, Mina Popoviç.
Serbiya Avro-2017-nin oyunlarını Göygöldə keçirəcək. Onlar Çexiya, Hollandiya və Belçika ilə birgə D qrupunda yer alıblar.