Sergen Yalçın “Beşiktaş”a yox dedi

“Beşiktaş”ın sabiq baş məşqçisi Sergen Yalçın iddialı açıqlamaları ilə gündəmə gəlib.

Sportline.az xəbər verir ki, “Ekol Tv”yə qonaq olan təcrübəli mütəxəsis bu fikirləri səsləndirib;

“Hazırda “Beşiktaş”da mövzu futbol deyil. Tabloya baxırsan, burada nə baş verir? Çox qeyri-sağlam bir mühit var. 3 gün sonra nə olacağı bəlli deyil. Sabah yeni idarə gələndə nə edəcəksən? Hüseynə də bunu dedim: “Beşiktaş”da mövzu futbol deyil. Əvvəlcə həll edilməli olan məsələlər var. Bu problem həll olmadıqca, çox mümkün olduğunu düşünmürəm. Bu mühitdə orda çalışmaq istəmirəm”, - deyə Sergen Yalçın bildirib.