"Sərhədçi" kikboks klubunun növbəti uğuru

Yeni fəaliyyətə başlayan “Sərhədçi” Kikboksinq Klubu növbəti uğurunu qazanıb.

Sportline.az xəbər verir ki, klubun üzvləri, kikboksinqin WAKO versiyası üzrə Dünya Kubokunda inamlı çıxışla yadda qalıblar. Kikboksçularımız 39 ölkədən 3040 idmançının iştirak etdiyi yarışda, 4 medal qazanıblar. 

“Sərhədçi” İdman Olimpiya Mərkəzinin baş məşqçisi, dünya çempionu, sərhəd qoşunlarının zabiti, əməkdar məşqçi Fuad Zeynalov bildirib ki, gənclər arasında döyüşən kikboksçularımız 1 qızıl və 3 gümüş medala layiq görülüblər. 

54 kq çəki dərəcəsində yarışan Vüsal Kazımov, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız final döyüşündə uduzan Elcan Alıkişiyevlə Qəşəm Məmmədov gümüş medalla kifayətlənib. Əməkdar məşqçinin sözlərinə görə, 67 kq çəki dərəcəsində yarışan Elşad Şahbazov finalda böyük haqsızlığa məruz qalıb. İdmançımız rəqibindən üstün olsa da, hakimlər qələbəni rəqibə veriblər. 

Baş məşqçi Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev və yeni yaradılmış “Sərhədçi” Kikboksinq Klubunun prezidenti Cavid İsmayılova hər zaman idmançıların yanında olub, dəstək göstərdiklərinə görə minnətdarlığını bildirib.

Xatırladaq ki, yeni yaradılan klubun prezidenti Cavid İsmayilov, vitse-prezident Zaur Şirməmmədov, klubun direktoru və baş məşqçisi isə Fuad Zeynalovdur.

Sərhədçi Kikboksinq klubunun idmançılarının növbəti uğuru - FOTOLAR