Serxio Ramosun Braziliya klubuna keçidi alınmayıb

Azad agent statusunda olan 38 yaşlı müdafiəçi Serxio Ramosun "Botafoqo"ya transferi alınmayıb. 

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, Braziliya klubu təcrübəli oyunçunun müqavilə şərtlərini qəbul etməyib.

Ötən həftə tərəflər arasında görüş keçirilmişdi.

Ramosla maraqlanan komandalar arasında ABŞ və Saudiyyə Ərəbistanı klubları da var.

Qeyd edək ki, son olaraq "Sevilya"da çıxış edən ispaniyalı futbolçu ötən mövsüm 37 oyunda 7 qol və 1 asistə imza atıb.