Səudiyyə Ərəbistanı millisini daşıyan təyyarədə yanğın anları

DÇ-2018-in 2-ci turu çərçivəsində Uruqvayla qarşılaşacaq Səudiyyə Ərəbistanı seçməsi həyəcanlı anlar yaşayıb. SportLine.az xəbər verir ki, milli komandanı oyunun keçiriləcəyi Rostov şəhərinə aparan təyyarənin mühərrikində yanğın olub. Xoşbəxtlikdən, hadisə qəza ilə nəticələnməyib. Təyyarə hava limanına uğurlu eniş edib.