“Sevilya” – “Vilyareal”: Heyətlərdəki son durum

İspaniya La Liqasında 6-cı tura start verilir.

Sportline.az xəbər verir ki, “Sevilya” “Ramon Sançes Pizxuan”da “Villareal”la üz-üzə gələcək.

Heyətlərə nəzər saldıqda “Sevilya”da yeganə itki Joan Jordandır.

“Vilyareal”da isə itkilərin sayı kifayət qədərdir. Jerar Romero, İllias Akhomaç, Xuan Foyt, Loqan Kosta, Villi Kamvala, Ayoze Perez və Pau Kabanes baş məşqçi Marselino Qarsiyanın sərəncamında olmayacaq.

Qeyd edək ki, “Sevilya” – “Vilyareal” matçı bu gün Bakı vaxtı ilə saat 23:30-da başlanacaq.