Şahruddin 2-ci oldu

UEFA DÇ-2022-nin seçmə mərhələsinin 4-cü turunda oyunlarından sonra futbolçuların statistik göstəriciləri açıqlayıb.

Sportline.az xəbər verir ki, qapıçılar arasında ilk sırada San Marino millisinin üzvü Elia Benedetti liderdir - 22 seyv. Sıralamanın ikinci pilləsində isə Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyevdir.

O, 4-cü turda Lüksemburqa 1:2 hesabı ilə uduzduğu matçda 2 seyv edib. 27 yaşlı qapıçı əvvəlki turlarda Portuqaliyaya 0:1 hesabı ilə məğlub olduqları ilk qarşılaşmada 14, Serbiyaya 1:2 hesabı ilə uduzduqları görüşdə 5 "seyv"lə yadda qalıb.

Qeyd edək ki, sentyabrın 4-də İrlandiyanın qonağı olacaq Azərbaycan millisi sentyabrın 7-də Portuqaliyanı qəbul edəcək.