Şahruddin meydanı xərəkdə tərk etdi
“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev zədələnib.
Sportline.az xəbər verir ki, o, Misli Premyer Liqasının 3-cü turundan təxirə salınmış “Turan Tovuz”la görüşün sonuna yaxın xəsarət alıb.
Komanda yoldaşı Bədavi Hüseynovla toqquşan qolkiper oyunu davam etdirsə də, matçın final final fitindən sonra meydanı xərəkdə tərk edib. Xərəyi daşıyanlar arasında “Turan Tovuz”un futbolçuları da olub.
Qeyd edək ki, Tovuz şəhər stadionunda keçirilən oyun “Qarabağ”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
