“Şalke 04” yeni baş məşqçi axtarışındadı

Bundesliqa 2-də çıxış edən “Şalke” klubu baş məşqçi Yakop Fimpellə yolları ayırmağı düşünür.

Sportline.az “Bild” qəzetinə istinadən xəbər verir ki, “Şalke”də baş məşqçi postuna Raul Qonzales və Fernando Torresin adları hallanır.

“Real Madrid”dən ayrıldıqdan sonra 2 mövsüm “Şalke”də çıxış edən Raul Almaniya komandasının siyahısında yer alan adlardandır. Lakin Raulun bu təklifə müsbət cavab vermədiyi bildirilir.

Siyahıdakı digər namizəd isə Fernando Torresdir. Futbolu bitirdikdən sonra məşqçiliyə başlayan Torres hazırda “Atletiko Madrid”in B komandasını çalışdırır. Torresin hələlik bu təklifə cavab verməyi deyilir.

Qeyd edək ki, “Şalke 04” Bundesliqa 2-də 7 xalla 13-cü pillədə qərarlaşır.