"Şamaxı" "Araz-Naxçıvan"la bərabərə qaldi

Azərbaycan Premyer Liqasında VI tur davam edir. 

Sportline.az xəbər verir ki, ikinci oyun gününə nəzərdə tutulan 2 matçdan 1-i artıq keçirilib. 

“Şamaxı” öz meydanında “Araz-Naxçıvan”ı qəbul edib. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb. 

Hazırda “Şamaxı” 6 xalla 8-ci pillədə qərarlaşıb.

Naxçıvan təmsilçisi isə 11 xalla ikincidir. 

Günün ikinci matçında “Neftçi” öz meydanında “Karvan”ı sınağa çəkəcək. Ötən tur qələbə həsrətinə son qoyan paytaxt təmsilçisi hazırda 6 xalla 8-ci, Yevlax klubu isə 4 xalla 11-ci pillədə qərarlaşıb. 

Qeyd edək ki, tura sabah keçiriləcək 2 görüşlə yekun vurulacaq. 

27 sentyabr

15:30. "Şamaxı" - "Araz-Naxçıvan" - 1:1 

Qollar: Rüfət Abbasov, 28 (1:0); Şarl Boli, 73 (1:1)

Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Kərim Zeynalov, İslam Məmmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Eyyub İbrahimov
Şamaxı şəhər stadionu

19:00. "Neftçi" - "Karvan"
Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Zöhrab Abbasov, Nicat İsmayıllı
VAR: Fərid Hacıyev
AVAR: Vüqar Həsənli
"Neftçi Arena"

28 sentyabr

16:30. "Turan Tovuz" - "Kəpəz"

19:00. "Sabah" - "Sumqayıt"

26 sentyabr

"İmişli" - "Zirə" - 1:1

"Qarabağ" - "Qəbələ" - 2:0