“Şamaxı” yeni hücumçu transfer edib
“Şamaxı” yeni hücumçusunu açıqlayıb.
Klubdan Sportline.az-a verilən məlumata görə, bölgə təmsilçisi Abdullahi Şuaybunu heyətinə qatıb.
Nigeriyalı futbolçu ilə "1+1" illik müqavilə imzalanıb.
Qeyd edək ki, 23 yaşlı oyunçu daha əvvəl Azərbaycanda "Kəpəz" və "Qəbələ" klublarının formasını geyinib.