"Şaxtyor"un baş məşqçisi Zorro geyimində

UEFA Çempionlar Liqasının 6-cı turu çərçivəsində keçirilən "Şaxtyor" (Donetsk) - "Mançester Siti" matçından sonra maraqlı hadisə yaşanıb. SportLine.az xəbər verir ki, Ukrayna komandasının baş məşqçisi Paulu Fonseka mətbuat konfransına Zorro geyimində qatılıb. 

Növbəti mərhələyə çıxacaqları təqdirdə bu libası geyinəcəyinə söz verən mütəxəssis sözünü tutub.