Şehiç "Qarabağ"ın düşərgəsində
Başa çatan mövsümün sonunda "Qarabağ"da ayrılan İbrahim Şehiç Avstriyada təlim-məşq toplanışında olan komandanı ziyarət edib. SportLine.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin müdafiəçisi Yakub Jezniçak şəxsi "Instagram" hesabında məlumat paylaşıb.
Bosniya və herseqovinalı qapıçı ilə şəklini bölüşən Y.Jezniçak, "Səni görmək həmişə xoşdur", - yazıb.
Qeyd edək ki, İ.Şehiç "Qarabağ"dan ayrıldıqdan sonra bir neçə Türkiyə klubu ilə danışıqlar aparıb. Qapıçı, hələ ki, yekun qərarını açıqlamayıb.
