Şehiçə təklifin detalları bilindi

"Beşiktaş"ın, "Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiçə təklifinin detalları açıqlanıb. 

Sportline.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Erzurumspor"la müqaviləsi, mövsümün sonunda bitəcək 32 yaşlı qolkiperə illik 400 min avro, imza üçün 150 min avro ödəməyə hazırdır. 

Hazırda tərəflər arasında danışıqlar gedir. İddiaya görə, komandanın baş məşqçisi Sergen Yalçının ilk istəyi İbrahim Şehiç deyil. Mütəxəssis yerli qapıçılar Sinan Bolat və Volkan Babacanı komandasında görmək niyyətindədir. 

Qeyd edək ki, İbrahim Şehiçi Polşanın "Legiya" komandası da istəyir. Bosniya və Herseqovina millisinin qapıçısı "Erzurumspor"a 2018-ci ilin yayında "Qarabağ"dan keçib. O, 2015 - 2018-ci illərdə Ağdam klubunun formasını geyinib.