Şensni "Barselona"ya keçərsə, "Yuventus"a təzminat ödəməli olacaq
"Yuventus"un sabiq qapıçısı Voyçex Şensni karyerasını bərpa edib "Barselona"ya keçərsə, Turin klubuna təzminat ödəməli olacaq.
Sportline.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, Yuventusla müqaviləsi olarkən karyerasını başa vuran polşalı qolkiper yenidən peşəkar səviyyədə futbol oynamağa başlayarsa, sabiq klubuna təzminat ödəməli olacaq.
Qeyd edək ki, daha əvvəl mətbuatda "Barselona"nın Ter Şteqenin zədələnməsinədən sonra qapıçı axtarışında olduğu bildirilmişdi.