Şeşko karyerasını İngiltərə nəhəngində davam etdirəcək

İngiltərənin nəhəng klubu "Mançester Yunayted" Premyer Liqa başlamamış hücum xəttini gücləndirib.

Sportline.az xəbər verir ki, "Qırmızı şeytanlar" Almaniyanın "Leypsiq" klubunda çıxış edən sloveniyalı hücumçu Benyamin Şeşkoyla razılığa gəlib.

Bu yay "Mançester Yunayted" uzun müddət Viktor Osimhen və Viktor Gyökereşin transferinə çalışsa da, hər iki futbolçunu əldən verib. Osimhen "Qalatasaray"a, Gyökereş isə əzəli rəqib "Arsenal"a keçib.

Daha sonra diqqətini Benyamin Şeşkoya yönəldən "Mançester Yunayted" "RB Leypsiq"lə razılaşma əldə edib.

Tanınmış jurnalist Fabritsio Romanonun məlumatına görə, İngiltərə təmsilçisi bu transfer üçün 76.5 milyon avro ödəniş və 8.5 milyon avro bonuslar verməyi öhdəsinə götürüb.