"Şəxsi təyyarəmə gecikmişəm"

Voleybol üzrə ikiqat dünya çempionu Yekaterina Qamova maraqlı açıqlaması ilə gündəmə gəlib.

Sportline.az "Leqalbet"ə istinadla xəbər verir ki, o, peşəkar karyerası ərzində nəyə gecikdiyi ilə bağlı sualı cavablandırıb.

“Şəxsi təyyarəyə gecikmişəm (gülür). Bir çox futbolçuların şəxsi təyyarəsi var. Bu, çox gözəldir, amma təəssüf ki, voleybolda nadirdir. Bir dəfə Çempionlar Liqasını qazananda bizə şəxsi təyyarə verdilər ki, Kazana daha tez qayıda bilək. Karyeramda gecikdiyimi yeganə şey o oldu. Bu, bizim üçün maraqlı hadisə olardı”, – deyə "Leqalbet" Qamovadan sitat gətirib.