Şeydayevin qolu
Azərbaycan millisinin üzvü Ramil Şeydayevin şərəfini qoruduğu "Jilina" Slovakiya çempionatında növbəti oyununa çıxıb. SportLine.az xəbər verir ki, rəqib "Zemplin Mixalovtse" kollektivi olub.
Qarşılaşmanın taleyini bir qol həll edib. 74-cü dəqiqədə meydana daxil olan R.Şeydayev 10 dəqiqə sonra fərqlənməklə komandasına qələbə qazandırıb.
Xatırladaq ki, "Jilina" bir neçə tur əvvəl çempionluğu rəsmiləşdirib.