"Şkendiya" - "Neftçi" oyununun hakimləri
UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Şkendiya" - "Neftçi" matçının təyinatları açıqlanıb. SportLine.az xəbər verir ki, görüş Belçikadan olan hakimlər briqadasına həvalə edilib.
Qarşılaşmada Erik Lambrext fit çalacaq. Ona Karel de Roker və Jo de Veyrdt kömək edəcək. Dördüncü hakim isə Frederik Geldhofdur.
Qeyd edək ki, "Şkendiya" - "Neftçi" matçı 21 iyul, saat 22:00-da başlanacaq.