Şvaynştayger milli karyerasını başa vurdu

Almaniya millisinin üzvü Bastian Şvaynştayger millidəki karyerasını başa vurub. SportLine.az xəbər verir ki, futbolçu "tvitter" hesabında bu barədə məlumat yayıb.

"Almaniya millisinin əziz azarkeşləri. Mən baş məşqçi Yoahim Lövdən məni daha milliyə çağırmamasını xahiş etdim. Çünki seçmə komandadakı karyeramı başa vurmaq istədim. Azarkeşlərə, komandaya, Almaniya Futbol Federasiyasına və məşqçilər korpusuna təşəkkür edirəm". 

Qeyd edək ki, 2004-cü ildən Almaniya millisində oynayan Şvaynştayger keçirdiyi 120 oyunda 24 qol vurub.