Sinqo “Qalatasaray”ı tərk edə bilər

“Qalatasaray” Vilfrid Sinqo ilə yollarını ayıra bilər.

Sportline.az xəbər verir ki, İstanbul klubu heyəti gücləndirmək planları çərçivəsində gözləntiləri tam doğrultmayan Vilfrid Sinqo ilə yollarını ayırmağa hazırlaşır.

"Fanatik" qəzetinin yaydığı məlumata görə, rəhbərlik müdafiəçinin satışını nəzərdən keçirir.

Futbolçunun özü də Seriya A-ya qayıtmaq variantına müsbət yanaşır.