"Sivasspor" klubunun yeni prezidenti bəlli olub
Super Liqa komandalarında "Sivasspor"un yeni prezidenti Bahattin Eken seçilib.
Sportline.az xəbər verir ki, bu barədə Türkiyə klubunun rəsmi hesabı məlumat yayıb.
Klubda verilən açıqlamada "Bu dəyişikliyin klubumuza və Türkiyə futboluna xeyirli olacağını ümid edir, cənab Bahattin Ekenə yeni vəzifəsində böyük uğurlar arzulayırıq" ifadələri işlədilib.
Qeyd edək ki, "Sivasspor"un sabiq prezidenti Mecnun Otyakmaz yeni TFF Prezidenti İbrahim Hacıosmanoğlunun idarə heyətində yer alacaq.