Skaloni duyğularına hakim ola bilmədi: “Bu necə futbolçu qrupudur…”
Lionel Skaloni Argentina millisinin baş məşqçisi oyundan sonra emosiyalarını gizlədə bilməyib.
Sportline.az “Sky Sport” nəşrinə istinadən xəbər verir ki, Skaloni jurnalistin “Necəsən, Skaloni?” sualına kövrək şəkildə belə cavab verib:
“Sənə baxa bilmirəm, üzr istəyirəm. Çox duyğulandım. Bu necə futbolçu qrupudur, qardaş… Hamısı budur. Getməliyəm, bacarmıram.”
Argentina millisinin çalışdırıcısının bu səmimi və emosional açıqlaması qısa zamanda sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.