Skaloni: “Messi daha çox qol vura bilərdi, amma komanda yoldaşlarını düşündü”
Argentina millisinin baş məşqçisi Lionel Skaloni komandanın kapitanı Lionel Messi barədə maraqlı açıqlama verib.
Sportline.az "Lequipe" nəşrinə istinadən xəbər verir ki, Skaloni Messinin oyunda daha uzun müddət meydanda qala biləcəyini bildirib:
"Messi bu gün 90 dəqiqə oynaya və qol sayını daha da artıra bilərdi. Lakin o, komanda yoldaşlarının da şans qazanmasını üstün tutdu. Gələcəyi düşündü və bu da onun xarakteri haqqında çox şey deyir.”
Qeyd edək ki, Messi son dövrlərdə göstərdiyi performansla həm azarkeşlərin, həm də futbol mütəxəssislərinin diqqət mərkəzində qalmaqda davam edir. Futbolçu Dünya çempionatında ardıcıl bir sıra rekordlara da imza atıb.