Sneyder Fransa klubunda

“Qalatasaray”ın sabiq yarımmüdafiəçisi Uesli Sneyder karyerasını Fransada davam etdirəcək. Sportline.az xəbər verir ki, təcrübəli futbolçu "Nitsa" ilə danışıqları uğurla tamamlayıb. Sabah tibbi müayinədən keçəcəyi bildirilən Sneyder həmin klubla 1+1 sistemi ilə müqavilə başlayacaq. Onun illik qazancı 1.8 milyon avro olacaq.