Sobozlayi “Liverpul”da qalacaq

Liverpul Dominik Sobozlayi ilə yeni müqavilə üzrə irəliləyir.

Sportline.az xəbər verir ki, hazırkı müqaviləsi 2028-ci ilə qədər qüvvədə olan macar yarımmüdafiəçi artıq Arne Slotun planlarında komandanın gələcək kapitanlarından biri kimi dəyərləndirilir.

Məlumata görə, Sobozlayə yeni müqavilə təklif olunub və bu razılaşma onu “Liverpul”un ən yüksək maaş alan futbolçularından birinə çevirəcək.

Tərəflər arasında maaş artımı ilə bağlı əsas şərtlərin artıq prinsipial olaraq razılaşdırıldığı bildirilir.

Klub rəhbərliyi və məşqçi heyəti 24 yaşlı futbolçunun uzunmüddətli layihənin əsas fiqurlarından biri olacağına inanır.