Sobozlayi İspaniya nəhənginin hədəfindədir
"Real Madrid" "Liverpul"un futbolçusu Dominik Soboslaini transfer etmək istəyir.
Sportline.az xəbər verir ki, İspaniya nəhəngi futbolçu üçün 80 milyon avro büdcə ayırıb.
"Fichajes" nəşrinin yaydığı məlumata görə, “Liverpul” futbolçunun klubdan ayrılmasını istəmir və yarımmüdafiəçi ilə yeni müqavilə imzalamaq istəyir.
Bildirilir ki, “Liverpul”un uğursuz oyunlarına baxmayaraq, Soboslai Premyer Liqanın tələbkar tempinə asanlıqla uyğunlaşıb.