Son azad agent kimi "Barselona"ya keçə bilər

"Tottenhem"ın cənubi koreyalı futbolçusu Son Hın Min mövsümün sonunda klubdan ayrıla bilər.

Sportline.az "The Sun Football"a istinadən xəbər verir ki, "Barselona" Sonu azad agent kimi mövsümün sonunda heyətinə qatmağı planlaşdırır.

"Tottenhem" 32 yaşlı futbolçuya yeni müqavilə təklif etməyib.

Qeyd edək ki, Son bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 23 matçda 7 qol və 6 asistlə yadda qalıb.