Souza "Tottenhem"ə transfer olunub
"Tottenhem" 19 yaşlı futbolçu Souzanı heyətinə qatıb.
Sportline.az xəbər verir ki, bu haqda "mahmızlar"ın rəsmi saytı məlumat yayıb.
London klubu bu keçid üçün "Santos"a 13 milyon avro ödəyəcək.
Qeyd edək ki, Souza bu mövsüm çıxış etdiyi 56 matçda 2 qol, 6 asistlə yadda qalıb.

