"Spartak" daha bir transfer etmək istəyir
Bu mövsüm çempionluğu hədəfləyən "Spartak" transfer çalışmalarını davam etdirir.
Sportline.az xəbər verir ki, moskvalılar indi də "Vitoriya Gimaraynş"ın dayaq yarımmüdafiəçisi Tomas Qendelin keçidinə hazırlaşırlar.
Rusiya mətbuatının yaydığı xəbərlərə görə, "Spartak" 23 yaşlı futbolçu üçün 8 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, "Milan"ın da diqqət mərkəzində olan Qendel ötən mövsüm çıxdığı 39 oyunda 3 qol və 3 asist müəllifidir.