"Sportinq" Gyökereşin transfer qiymətini açıqlayıb

"Sportinq" isveçli futbolçusu Viktor Gyökereşin qiymətini açıqlayıb.

Sportline.az "Record Portugal"a istinadən xəbər verir ki, Portuqaliya klubu Gyökereş üçün 70-75 milyon avro tələb edir.

Gyökereşin "Sportinq"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, 26 yaşlı forvard cari mövsüm çıxış etdiyi 29 matçda 31 qol və 6 asistlə yadda qalıb.