"Sportinq" ingiltərəli futbolçusunu satacaq

"Sportinq" ingiltərəli futbolçusu Markus Edvards satmaq qərarına gəlib. 

Sportline.az "A Bola"ya istinadən xəbər verir ki, Portuqaliya klubu M.Edvardsı 15 milyon avro qarşılığında "Olimpiakos"a sata bilər.

Tərəflər arasında danışıqlar davam edir.

Qeyd edək ki, Markus Edvardsın "Sportinq"lə müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.