"Sportinq"dən "Lids Yunayted"ə
"Sportinq"in futbolçusu Hidemasa Morita karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, bu haqda "A Bola" nəşri məlumat yayıb.
30 yaşlı oyunçu "Lids Yunayted"in hədəfindədir.
Qeyd edək ki, H.Morita cari mövsüm meydana çıxdığı 47 matçda 1 qol, 5 asistlə yadda qalıb.