SportLine.az 2 yaşında!

SportLine.az  bu gün iki yaşını qeyd edir. İki il öncə idman mətbuatı ailəsinə daxil olan sayt qısa  müddət ərzində özünün auditoriyasını formalaşdırmağı bacarıb.

Sayt ilk ilindəcə  AFFA yanında Media Komitəsinə üzv seçilib və komitənin bir neçə layihəsini icra edib. 

SportLine.az bundan sonra da operativ idman xəbərləri, analitik yazıları, maraqlı müsahibələri ilə xidmətinizdə olacaq.