"Srvena Zvezda"da pandemiya təhlükəsi

"Srvena Zvezda"nın 6 futbolçusu koronavirusa yoluxub.

Sportline.az xəbər verir ki, bu haqda Serbiya klubunun saytı məlumat yayıb. Oyunçulardan götürülən analizlərin cavabı müsbət çıxıb.

İnfeksiya aşkarlanan futbolçular Srcan Spiridonoviç, Velko Nikoliç, Straxinya Erakoviç, Marko Qobeliç, Branko Yoviçiç və Duşan Yovançiçdir.

Futbolçular karantinə alınıblar və 2 həftədən sonra komandaya qoşulacaqlar.