Stadion partladıldı, 3 futbolçu öldü

Somalidə futbol qarşılaşması vaxtı terror aktı törədilib. SportLine.az "FoxNews"a istinadən xəbər verir ki, partlayıcı qurğunun işə salınması nəticəsində 5 nəfər ölüb, çox sayıda yaralı var.

Ölənlərdən üçünün futbolçu olduğu bildirilir. 

Hadisə Barava şəhərində yaşanıb. İlkin araşdırmalardan sonra partlayıcı qurğunun əvvəlcədən stadiona gətirildiyi deyilir.

Hadisənin radikal islamçı "Aş-Şabab" qruplaşması tərəfindən törədildiyi ehtimal olunur.